Taxsee Driver bilik bazası
Burada tez-tez verilən suallar və mobil əlavə ilə işləmək üçün praktiki məsləhətlər toplanıb.
İşin incəliklərini öyrənmək, müştərilərlə savadlı ünsiyyət qurmaq, gəlirinizi və reytinqinizi necə artırmağı bilmək üçün lazımi bloka toxunun.
Avtomobilin vəziyyəti və dəyişilməsi mobil tətbiqdə
Avtomobilin tezniki vəziyyəti, kuzovu və salonu səfər zamanı sərnişinlərin maksimal rahatlığını, komfortunu və təhlükəsizliyini təmin etməlidir. İşıq cihazları, təhlükəsizlik kəmərləri və qapıların qıfıl mexanizmləri həmçinin işlək vəziyyətdə olmalıdır.
Yadınızda saxlayın, əgər müştəri sizin avtomobilinizin vəziyyətindən narazaı olsa, o, neqativ rəy yaza bilər.
Sifarişləri yerinə yetirəcəyiniz avtomobilin dəyişdirilməsini Taxsee Driver vasitəsi ilə etmək mümkündür. Bunun üçün profildə mövcud olan avtomobillərin siyahısından birini seçmək lazımdır.
Avtomobili bu siyahıya üç üsulla əlavə etmək olar.
- Mobil tətbiqin menyusunda "Profili göstərmək" → "Avtomobil" → "Avtomobili əlavə etmək" seçin. Sətirləri doldurun və "Əlavə etmək" basın.
- Şəxsi kabinetin "Profil" bölməsində "Avtomobil əlavə etmək" seçin.
- Şəxsi kabinetin "Əks əlaqə" bölməsində mesajın müvafiq mövzusunu və tipini qeyd edin. Avtomobilin markasını, qeydiyyat nişanını və buraxılış ilini yazın.
Taxsee Driver-də fotonəzarət haqqında bildiriş gələcək.
Avtomobili siyahıdan iki üsulla silmək mümkündür:
- Şəxsi kabinetin "Profil" bölməsində lazımi avtomobilin qarşısında işarəsinə basın.
- Mobil tətbiqdə "Menyu" menyusunda "Profili göstərmək" basın. "Avtomobil" bölməsində lazım olanı seçin və xaç işarəsinə basın.
Ünsiyyət
Müştəri avtomobilinizə oturanda onunla salamlaşın və səfərin marşrutunu dəqiqləşdirin. Bundan sonra "Getdik" düyməsini basın və hərəkətə başlayın.
Müştərini söhbət etməyə məcbur etməyin. Əgər sərnişin özü birinci danışmağa başladısa - söhbət edin, nəzakətli olun.
Konfliktli müştərilərlə münasibətdə səbrli, təmkinli olun, güzəşt tapmağa çalışın.
Sifariş bitdikdən sonra onu qiymətləndirə bilərsiniz. Yaxşı qiymət xeyli dərəcədə sizin gülərüz və nəzakətli olmağınızdan asılıdır.
Sifarişlərin bölüşdürülməsi
Sifarişlər sistem tərəfindən, menecerlərin və operatorların iştirakı olmadan, bölüşdürülür.
Sifarişləri AUTO, təklif vasitəsi ilə və ya sorğu əsasında almaq olar. Sistem uyğun olan sürücünü bir çox amilləri nəzərə alaraq müəyyən edir. Onların arasında:
-
sürücü ilə avtomobilin gəlməli olduğu ünvan arasında məsafə;
-
prioritet-in olması;
-
status: boş olan sürücünün sifarişi yerinə yetirənlə müqaisədə üstünlüyü var;
-
avtomobilin sinfi və vəziyyəti: avtomobil nə qədər yaxşıdırsa, üstünlüyünüz bir o qədər çoxdur;
-
avtomobilin sərnişinin istəyinə uyğun olması: məsələn, müştəri bunu sifarişdə qeyd edibsə, sistme kondisioneri olan avtomobili axtaracaq.
Təşkilat avtomobilin tez gəlməsini təmin etməyə və yüksək səviyyəli xidmət göstərməyə çalışır. Prioritet almaqla, reytinqi artırmaqla və avtomobilin vəziyyətini yaxşılaşdırmaqla sifarişlərin bölüşdürülməsinə təsir göstərmək olar.
Sifarişin avtotəyinatı
Avtotəyinat rejimi müştərilərin əlavə istəkləri olmadan sizə ən yaxın olan sifarişləri avtomatik olaraq almağa imkan yaradır. Avtotəyinat yalnız qurlu GPS ilə işləyir.
Avtomatik təyin olunmuş sifarişərdən imtina etməyin. Onlar yaxında yerləşir və müştərinin əlavə istəklərini ehtiva etmir. Bu cür sifarişləri yerinə yetirməklə, yanacağa və vaxta qənaət edəcəksiniz, boş-boşuna hərəkətdə olmanı azaldacaqsınız.
Adətən bu cür sifarişlər üzrə komissiya ən aşağıdır.
Sifarişin təklif olunması
Sistem sizə ən yaxın sifarişləri təklif edə bilər, buna görə də onları siyahıdan seçməyə vaxt itirməyin. Sifarişlər AUTO düyməsinin qurulub-qurulmamasından asılı olmayaraq təklif olunur.
Bu cür sifarişlərə görə komissiya adətən daha aşağıdır. Təkliflə göndərilən sorğular özünüzün seçdiyiniz sifarişlərlə müqaisədə daha prioritetlidir.
İlkin sifarişlər
Müəyyən vaxta sifarişlər "İlkin sifarişlər" əlavə vərəqində yerləşir. Siz seçilmiş sifarişə sorğu göndərə və təyin olunma haqqında bildirişi gözləyə bilərsiniz. Təyin olunmuş ilkin sifarişlərə "Mənim ilkin sifarişlərim" əlavə vərəqində baxa bilərsiniz.
Sifarişə çıxmaq vaxtı gələndə onu qəbul etməyin və ya ondan imtina etməyin lazım olduğu barədə bildiriş gələcək. Ona əhəmiyyət verməsəniz, sizə avtoməlumatverici zəng edəcək və təklifi təkrarən səsləndirəcək. Avtoməlumatverici sizə zəng edə bilməsə və ya zəngdən sonra heç bir hərəkət etməsəniz, sifariş 2 dəqiqədən sonra avtomatik silinəcək.
Əgər ilkin sifarişdən imtina etmək məcburiyyətindəsinizsə, bunu müştərinin təyin etdiyi vaxtdan ən azı 30 dəqiqə əvvəl edin. Əks halda sifarişə başqa sürücü tapılmaya bilər, bu isə müştəridə mənfi təsüratın yaranmasına, reytinqin aşağı düşməsinə və qayda pozuntusuna səbəb ola bilər.
Bu cür sifarişlərə görə komissiya adətən cari vaxta sorğulanan sifarişlə müqaisədə daha aşağıdır.
Sifarişlərin ardıcıl yerinə yetirilməsi
Siz sifarişləri bir-birinin ardınca yerinə yetirə bilərsiniz. Sərnişinlə səfər etdiyiniz vaxtda sizə başlanğıc ünvanı yerinə yetirilən sifarişin sön ünvanının yanında yerləşən növbəti sifariş təklif oluna bilər. Əgər sifarişi ardıcıl olaraq yerinə yetirməyə hazırsınızsa, "Təsdiqləmək" basın. Təyin olunmanı cari səfər bitənədək hər 5 dəqiqədən bir təsdiq etmək lazımdır.
Siz "Zəncir" üçün növbəti sifarişi müstəqil şəkildə seçə bilərsiniz. Əgər sifariş təyin olunduqdan 15 dəqiqə ərzində yerinə yetirilməyə başlanmırsa, o, avtomatik ləğv olunur.
"Sifarişlər zənciri" sifarişlər arasında boş durma vaxtını maksimal dərəcədə azaltmağa, yəni gəliri artırmağa kömək edəcək.
Sifarişlərlə iş
Ən çox sifarişlər pik saatlarda (6:00-9:00 və 16:00-20:00) daxil olur. Nə qədər çox sifariş olsa, qazanc bir o qədər çox olacaq.
"Yerində", "Getdik", "Bitirmək" statuslarını vaxtı-vaxtında dəyişin.
"Yerində"ni ancaq avtomobilin verilmə yerinə çatandan sonra seçin. Vaxtından əvvəl məlumatlandırma münaqişəyə səbəb ola bilər, çünki müştərilər sifarişə təyin edilmiş avtomobilin xəritədəki hərəkətini tez-tez izləyirlər.
Müştəri avtomobilə oturanda onu salamlayın və səfərin detallarını dəqiqləşdirin. Əmin olun ki, sifarişdəki ünvanlar düzgün qeyd olunub. Əgər səhv varsa, müştərini məlumatlandırın ki, qiymət dəyişəcək, və sifarişi mobil tətbiqdə düzəldin. Bundan sonra "Getdik" basın və hərəkətə başlayın.
Sərnişini son ünvana çatdırıb ödənişi alandan sonra "Bitirmək" basın. Sifarişi bunu edəndən əvvəl bağlamayın: əgər sərnişin səfəri davam etməyi xahiş edərsə, bu anlaşılmazlığın qarşısını almağa kömək edəcək.
Əgər səfər faktiki olaraq bitibsə, lakin siz onu mobil əlavədə bitirməmisinizsə, növbəti sifariş üçün sorğu "Boşdur" və "Təyin etməmək" statusu olan sürücülərin sorğularından sonra işləniləcək. Düzgün status qoyulanadək sifarişlər avtomatik təyin olunmayacaqlar.
Dəqiq başlanğıc ünvanı göstərilməyən sifarişlər "Rəsmiləşdirilməmiş" adlanır. Onları yerinə yetirməzdən əvvəl müştəri ilə əlaqə saxlayın, onun yerini dəqiqləşdirin və marşrut redaktorunda başlanğıc ünvanını qeyd edin.
Müştəri marşrut barədə məlumatı avtocavab verəndə saxlamaqla "Rəsmiləşdirilməmiş" sifariş yarada bilər. Bu məlumata qulaq asın və onu marşrut redaktorunda qeyd edin.
Əgər başlanğıc ünvanından uzaqdasınızsa, müştəriyə zəng edin və xəbər verin ki, artıq çıxmısınız və başlanğıc ünvanını dəqiqləşdirin. Zəng pulsuzdur. Danışığı belə başlamaq olar: "Salam, "Maxim" taksi sifarişi xidmətinin sürücüsüdür. Sifarişə çıxmışam. Siz {verilmə ünvanı} yaxınlığındasınız? Biraz gözləyə bilərsiniz?"
Müştəri əmin olacaq ki, onun sifarişi yerinə yetirilir, yəni ləğv etmənin və boş-boşuna sürməyin ehtimalı daha aşağı olacaq.
Bağlı sifarişin yerinə yetirilməsini davam etdirmək
Sifariş səhvən ləğv edilibsə və ya səfər bitdikdən sonra müştəri onu davam etdirmək istəyibsə, sifarişi işə qaytarmaq olar.
Menyuda "Sifarişlər" → "Mənim bitirdiklərim" → Lazım olanı seçin → "Hərəkətlər" → "Yerinə yetirməyə davam etmək" bölmələri üzrə keçin. Sistem müştərini götürəcəyiniz ünvanı istifadə etməklə sifariş yaradacaq.
Səfərin marşrutunu dəqiqləşdirin, ehtiyac olduqda, dəyişikliklər edin və sifarişi yerinə yetirin.
Gözləmə
Cari vaxta sifarişi yerinə yetirərkən pulsuz gözləmə taymeri siz müştəriyə verilmə ünvanınıza gəldiyiniz barədə xəbər verdikdən sonra işə salınacaq.
İlkin sifariş yerinə yetirilərkən pulsuz gözləmə vaxtı müştəri xəbərdar ediləndən və onun təyin etdiyi vaxt başlayandan sonra başlayacaq.
Ödənişli gözləmə müddətini düzgün nəzərə almaq üçün "Gözləməyə başlamaq" funksiyasından istifadə edin.
Əgər müştəri gözləməni ödəməyə imtina edirsə, güzəştə gedin. Münaqişəli vəziyyət yaratmayın.
Əlavə ödənişlər
Əlavə ödəniş işarələri ilə sifarişə əlavələr göstərilir. Əlavə ödənişin adını və məbləğini görmək üçün işarəyə basın.
Müştəri heyvan və ya baqajla çıxdısa, əlavə ödəniş isə göstərilməyibsə, əlavə ödənişin əlavə olunmasını müştəri ilə razılaşdırın və sifarişi dəyişin. Operatora müraciət etmə reytinqi aşağı salacaq.
Əgər müştəri əlavə ödənişi ödəməyə imtina edirsə, güzəştə gedin, münaqişəli vəziyyət yaratmayın.
Avtomobildə uşaq kreslosunu, mühərriki işə salmaq üçün məftilləri və buraz saxlamağı tövsiyyə edirik - bu təqdirdə siz daha çox sifariş yerinə yetirə biləcəksiniz, yəni daha da çox qazana biləcəksiniz.
7 yaşadək uşaqlarla
YHQ-a əsasən 7 yaşadək uşağları avtokresloda aparmaq lazımdır.
Yük ilə
Sərnişinin avtomobilin idarə edilməsinə mane olmayan əl yükü (paketlər, orta ölçülü qutu, kiçik çamadan və s.) baqaj sayılmır.
Əgər müştəri öz ortopedik ləvazimatlarını (qoltuqağacını, əlil arabasını və s.) daşıyırsa, əxlaqi-etik qaydalarını nəzərə alaraq, "Baqaj"ı göstərmək lazım deyil.
Qeyr-qabarit yük
Qeyri-qabarit yüklərin (oturacaqlar, xizəklər, paltaryuyan maşın və s.) minik avtomobil ilə daşınması. Sifarişə getməzdən öncə müştəridən baqajın ölçülərini dəqiqləşdirməyi tövsiyə edirik.
Heyvanla
Əldə yerləşən balaca heyvan aparıldıqda, əlavə ödənişi göstərməmək olar.
Müştəriyə kömək
Kömək növü barədə məlumat sifarişdə qeyd olunmadığı halda müştəri ilə mobil əlavə vasitəsi ilə əlaqə saxlayın və dəqiqləşdirin.
Əgər müştəri nəyisə almağı xahiş edirsə, ondan pulu alıb alış etməyə və lazım olan ünvan üzrə onu çatdırmağı məsləhət görürük. Məbləği təsdiqləyən qəbzi götürməyi unutmayın.
Mühərrikin akkumulyatordan və ya yedəkdən işə salınması
İşə salmaq üçün məftillərin və ya burazın olub-olmaması barədə məlumat qeyd olunmadığı halda müştəri ilə əlaqə saxlayın və dəqiqləşdirin.
Mühərrik işə salına bilməsə də, müştəri sifarişi ödəyir.
Gözləmə dəqiqələrlə
Vaxtın düzgün hesablanması üçün "Hərəkətlər" əlavə vərəqində yerləşən "Gözləməni başlamaq"ı basın. İkonkada qiyməti sifarişin qiymətinə əlavə olunan ödənişli dəqiqələrin sayı göstəriləcək.
Avtomobilin yedəyə alınması, km
Avtomobilin markası və burazın olub-olmaması barədə məlumat qeyd olunmadığı halda müştəri ilə əlaqə saxlayın və dəqiqləşdirin.
Müştərinin borcu
Borcun bir hissəsi sifarişin qiymətinə əlavə edilib. Səfərin sonunda o balansdan silinəcək və müştərinin borclu olduğu sürücünün hesabına köçürüləcək.
Partnyorun keşbeki (məbləğ)
Xidmətin partnyoruna (restorana, saunaya, mağazaya və s.) sifarişin yaradılmasına görə mükafat. Keşbek səfərin qiymətinin 10%-ni təşkil edir. Bu cür sifarişlər adilərdən sərfəlidir: onların qiyməti əvvəlcədən 15% artırılıb.
Sifarişin yerinə yetirilməsi reytinqi artırır
Yerinə yetirilməsi reytinqə müsbət təsir göstərən xidmətin prioritetli sifarişləri.
Daimi sifarişçi
Xidmətin daimi istifadəçilərinin sifarişləri. Bu cür sifarişin ləğv olunma ehtimalı minimaldır.
Qiymət bu məbləğə artırılıb (məbləğ)
Avtomobilin təcili verilməsinə görə əlavə ödəniş. Verilmə ünvanına tez gələ bildiyiniz təqdirdə sifarişi götürməyi tövsiyyə edirik.
Lövhəciklə qarşılama
Müştərini üzərində onun S.A.A. qeyd olunan lövhəciklə qarşılamaq lazımdır. Lövhəciyi özünüz düzəltməlisiniz.
Bu məbləğdən qalıq pul (məbləğ)
Müştərilər çox vaxtı iri əskinazdan qalıq pul istəyir. Növbəyə xırda pulla çıxmağı tövsiyyə edirik. Əgər nağd pul çatmırsa, qalığı şəxsi hesabdan köçürmək olar.
Çaypulu
Sifarişin qiyməti çaypulu məbləğinə artırılmışdır.
Qiymət təklif etmək
Siz tövsiyə olunan qiyməti seçə bilər və ya öz qiymətinizi təklif edə bilərsiniz. Ağlabatan qiymət göstərin, çünki qiymətin əsassız şəkildə yüksək göstərilməsi sərnişinlərin narazılığına səbəb olacaq. Sərnişin təklif edilmiş qiymətlə razılaşırsa, sifarişi mütləq yerinə yetirin.
Operator vasitəsi ilə sifariş
Operator vasitəsi ilə edilmiş sifarişlər müştərilər üçün daha bahadır - onların qiyməti artırılıb.
Bu məbləğ sizin gəliriniz deyil və şəxsi hesabınızın balansından əlaqə mərkəzinin xeyrinə silinəcək. Balansın müsbət saxlanılması üçün nağdsız ödənişlə edilən sifarişləri yerinə yetirin və şəxsi hesabınızın balansını əvvəlcədən artırın.
Pul vəsaitlərinin hərəkəti barədə ətraflı məlumatı sürücünün şəxsi kabinetində baxmaq olar: "Dəstək" bölməsi - Sürücünün şəxsi kabineti - Hesab üzrə hərəkətlər.
Korporativ müştəri. Nağdsız ödənişin edilməsinə zəmanət
Xidmətlə personalın və işçilərin korporativ daşınmasına dair müqavilə bağlayan təşkilatlardan sifarişlər. Bu cür sifarişlərə görə pullar şəxsi hesaba oturur. Sərnişin ödəniş üsulunu dəyişə bilməz, çünki müqavilə üzrə səfərlərə görə ödəniş əvvəlcədən edilib.
Reysin/qatarın nömrəsi
İlkin sifarişdə reysin nömrəsi göstərilə bilər:
Təyyarə enənədək telefon əlaqəsi olmaya bilər və buna görə də sifarişçi sizi görüşün dəqiq vaxtı barədə məlumatlandıra bilməyəcək.
Təyyarənin enməsi haqqında məlumatı hava limanlarının onlayn-tablolarını əks etdirən saytlarda dəqiqləşdirmək olar. Məsələn, brauzerin axtarış sətrində bu sözləri yazın: "Gəlmə tablosu Moskva SU123".
Təyyarənin gəlməsi uzun müddətə təxirə salındığı təqdirdə sifarişdən, reytinqiniz azalmadan, imtina edə bilərsiniz.
Vacibdir! Reys gecikdiyi halda sərnişinlər onlardan asılı olmayan gözləməyə görə ödəniş etməməlidirlər. Ödənişli gözləməni, təyyarə endikdən sonra sərnişinlə razılaşdıraraq, müstəqil şəkildə əlavə etmək olar.
"Qatarın nömrəsi" əlavə ödənişi analoji şəkildə istifadə olunur. Sifarişdə bu cür ikonka əks olunacaq:
Marşrutun dəyişilməsi
Səfər zamanı müştəri digər yerə getməyi və ya son ünvanı dəyişdirməyi xahiş edə bilər. Qiymətin düzgün hesablanması üçün dəyişiklikləri müstəqil qaydada marşrut redaktoru vasitəsi ilə daxil edin. Operatora müraciət etməyiniz reytinqi aşağı salacaq.
Səfərin ödənilməsi
Gediş taksi sifarişi xidməti, sürücü və müştəri arasındakı razılıq əsasında həyata keçirilir. Bu səbəbdən gediş haqqı bütün iştirakçılara məlum olmalıdır.
Sifarişi bitirdikdən sonra müştərinin səfərə görə ödədiyi bütün məbləği qeyd edin, - bununla siz neqativ fəsadların qarşısını alacaqsınız.
Müştəri ödənişi etmədiyi təqdirdə, sifarişi "Müştəri ödəniş etmədi" tipi ilə ləğv edin. Sifariş edilən zaman istifadə olunan telefon nömrəsinə borc yazdırılacaq və o, ödənildikdə, loginizin balansına daxil olacaq.
Əgər müştəri gediş haqqını tam ödəyə bilmirsə və məbləğ o qədər də böyük deyilsə, sifarişi tam qiymətlə bağlayın. Münaqişəli vəziyyəti yaratmağa dəyməz.
Reytinq
Reytinq - işinizin keyfiyyətinin göstəricisidir. O, sürücülər arasındakı sifarişlər bölgüsünə və sizin qazancınıza təsir edir. Reytinqiniz nə qədər yüksəkdirsə, sifarişləriniz bir o qədər çox olacaq.
Reytinqin maksimal göstəricisi — 0,99.
Reytinq hər gün hesablanır. Reytinqə mənfi və ya müsbət təsir göstərən 30-dan 100-dək sifarişlər nəzər alınır:
- onlar 30-dan azdırsa, reytinq hesablanmır;
- 30-dan çox, lakin 100-dən azdırsa, hamısı nəzərə alınır;
- 100-dən çoxdursa, reytinqin növbəti yenidən hesablanması zamanı yeni sifarişlər hesablanmadan köhnə sifarişlərin eyni miqdarını "çıxardacaqlar".
Reytinqə müsbət təsir göstərirlər:
- yerinə yetirilmiş sifarişlərin ümumi sayı. Onlar nə qədər çox olsa, reytinq bir o qədər yüksək olacaq;
- avtomatik təyin olunan yerinə yetirilmiş sifarişlər;
- operatora müraciət edilmədən yerinə yetirilmiş sifarişlər;
- pik saatlarında 6:00-dan 9:00-dək və 16:00-dan 20:00-dək yerini yetirilmiş sifarişlər;
- ilkin yerinə yetirilmiş sifarişlər;
- ulduz işarəsi ilə qeyd olunan yerinə yetirilmiş sifarişlər.
Reytinqə mənfi təsir göstərirlər:
- avtomatik təyin olunmuş sifarişlərdən imtinalar;
- ilkin sifarişlərdən təyin olunmuş vaxta 20 dəqiqədən az vaxt qaldıqda imtinalar;
- siyahıdan sorğu əsasında və ya təklif vasitəsi ilə təyin olunmuş sifarişlərdən imtinalar;
- operatorla əlaqə. Taxsee Driver sualları operatora müraciət etmədən həll etməyə imkan verir;
- müştərilərə keyfiyyətsiz xidmətlərin göstərilməsi. Sifariş bitdikdən sonra müştəriyə səfəri qiymətlərndirmək təklif olunur. Mənfi qiymətlər reytinqə neqativ təsir göstərir;
- xidmətin iş qaydalarının pozulması.
Reytinq avtomatik olaraq yenidən hesablanır, taksi xidməti əməkdaşlarının iştirakı olmadan a. Reytinqə siz təkcə sifarişləri keyfiyyətli şəkildə yerinə yetirməklə təsir edə bilərsiniz.
Reytinq kalkulyatorundan istifadə etməklə öz reytinqinizi hesablaya bilərsiniz. Ondan sürücünün şəxsi kabinetində https://driver.taxsee.com/ saytında istifadə etmək olar
Şübhəli sifariş
Bəzən fırıldaqçılar yalana əl ataraq, sürücülərdən öz məqsədləri üçün istifadə etməyə cəhd edirlər.
Əgər sizdən aşağıdakı məlumatları öyrəmək istəyirlərsə, sizinlə danışan fırıldaqçılardır:
- şəxsi telefon nömrənizi vermək;
- telefon balansını artırmaq;
- kiməsə pul ötürmək, köçürmək və ya başqa şəxslərdən pul götürmək;
- ödənişi kartla köçürən zaman SMS-lə gələn təsdiq kodunu, əks tərəfdə qeyd olunan CVV-kodu bildirmək.
Şübhələr yarandıqda dərhal ofisə və ya operatora məlumat verin. Əlbirə çevrilməmək üçün müştərilərə heç bir bəhanəyə uymayıb öz telefon nömrələrinizi verməyin.
Pul daşımaları cinayətin törədilməsində əlbirlik kimi təsnifatlaşdırılır və cinayət məsuliyyəti daşıyır.
Fotonəzarət
Bu, avtomobilin vəziyyətinin və sürücünün sənədlərinin distansion yoxlanılmasıdır. Fotonəzarət haqqında bildiriş Taxsee Driver-ə daxil olacaq.
Fotonəzarəti vaxtında keçməyi tövsiyə edirik. Tarixi ötürsəniz, komissiya artacaq və prioritet söndürüləcək. Mobil tətbiqdə aşağıdakıları etmək mümkün olmayacaq:
-
qalıq pulu müştəriyə və qabaqcadan ödənişi hesabdan karta köçürmək;
-
"Komfort" və "Biznes" tariflərinin sifarişlərini yerinə yetirmək.
Rusiyadan olan sürücülər virtual kartı aktivləşdirə bilməyəcək.
Fotonəzarətlə problem yarandığı təqdirdə, "Əks əlaqə" vasitəsi ilə müraciətinizi saxlayın.
Lazım olan şəkillər:
-
Portret şəkil. Öz şəklinizi sənədlər üçün olduğu kimi, günəş eynəklərsiz və baş geyimsiz, çəkin.
-
Avtomobil. Avtomobilin qabaq və arxa hissəsinin, sol və sağ yanlarının şəklini ayrıca elə çəkin ki, onlar kadra tam düşsünlər. Qeydiyyat nömrələri və reklam materialları (olduqda) aydın şəkildə görünməlidir.
-
Sənədlər. Məlumatlar asanlıqla oxunmalı və kadra tam düşməlidir.
Fotonəzarətlə problem yarandığı təqdirdə, "Əks əlaqə" vasitəsi ilə müraciətinizi saxlayın.
Unudulmuş əşyalar
Səfəri bitirməzdən öncə müştəriyə əşyalarını unutmadığını yoxlamağı tövsiyə edin, salonun içinə baxın.
Unudulmuş əşyaların qaytarılması üçün müştəriyə gün ərzində zəng etmək olar: "Sifarişlər" əlavə vərəqi → "Mənim bitirdiklərim" → lazımi səfər → "Hərəkətlər".
Müştəri cavab vermədiyi və ya 24 saat keçdiyi təqdirdə əşyaları polisə təhvil verməyi tövsiyə edirik.
Qalıq pulun köçürülməsi
Əgər nağd pulunuz yoxdursa, bu funksiyanın köməyi ilə qalıq pulu logininizin balansından köçürmək mümkündür. Sifariş yerinə yetirildikdən sonra müştərinin ödədiyi bütöv məbləği göstərin. Açılan pəncərədə "Qalıq pulu sərnişinə köçürmək" seçin. Pulun bu cür köçürülməsi üsulu vaxta qənaət etməyə və səfərə görə yaxşı rəy almağa kömək edəcək.
Əgər müştəri keçmiş səfərlərə görə borcu qaytarmaq istəyirsə, bu funksiyanın köməyi ilə onun ödəməyə hazır olduğu məbləğə bərabər məbləği ona köçürün. Köçürülmüş pul vəsaitləri hissəvi və tam şəkildə müştərinin borcunu bağlayacaq.
Fövqəladə vəziyyətlərdə ilikin yardım
Səfər zamanı müştəri özünü pis hess edə bilər. Onu ən yaxın xəstəxanaya aparın və yaxud təcili tibbi yardım avtomobilini gözləyin.
Əgər sifariş zamanı müştəridə epilepsiya tutması baş veribsə, bunları etmək lazımdır:
- Avtomobili dayandırmaq;
- Müştərinin öz tüpürcəyindən və ya qusuntusundan boğulmaması üçün onu böyrü üstə qoymaqla uzatmaq (müştərinin ağzına heç nə qoymayın!);
- Tutmanın dayanmasını gözləmək.
Əgər tutma 4-5 dəqiqədən artıq çəkirsə, təcili yardıma zəng edin.
Avtomobil sürmə
Sifarişi yerinə yetirərkən avtomobili səliqəli sürün. Sürət həddinə diqqət yetirin.
Müştəri hətta ehtimal olunan cəriməni ödəməyə hazır olsa belə, yol hərəkəti qaydalarını pozmayın.
Bütün hərəkət iştirakçılarına qarşı səbr və hörmətlə yanaşın.
Balans
Şəxsi hesabdakı balans siz sorğu verə biləcəyiniz nağd pulla hesablanan sifarişin maksimal qiymətinə birbaşa təsir edir.
Balansı müsbətdə saxlayın və hesabı vaxtı-vaxtında istənilən rahat olan üsulla artırın:
- mobil tətbiqdəki bank kartından: Taxsee Driver → Pul → Balansın artırılması.Məbləği qeyd edin və "Balansı artırmaq" basın;
- ödəniş terminallarında. Ünvanları mobil tətbiqdə baxmaq olar: Taxsee Driver → Çatlar → Partnyorların təklifləri → Hesabın artırılması.
Şəxsi hesabın nömrəsi "Xidmətlər" və «Hesablar və kartlar» bölmələrində qeyd olunub.
Əgər hesabdakı məbləğ sifarişi nağd pulla istəmək üçün kifayət etmirsə, sifarişləri "Hesaba" ödəniş tipi ilə yerinə yetirmək olar - bununla siz balansı artıracaqsınız.
Promo kodlar
Taxsee Driver mobil əlavəsində sürücü profilində 2 promo kod mövcud ola bilər:
-
Müştərilərin cəlb olunması üçün;
Onunla sərnişinlərlə, dostlarla və ya tanışlarla paylaşın. Mobil tətəbiqdə sifariş üçün promo kodu aktivləşdirən hər yeni istifadəçi səfərlər üçün bonus pulları qazanacaq, və o, tələb olunan şərtləri yerinə yetirsə, siz aksiyanın şərtlərində qeyd edilən mükafatı alacaqsınız.
-
Sürücülərin cəlb olunması üçün.
Onunla potensial sürücü ilə paylaşın. O, saytda qeydiyyatdan keçən zaman promo kodu anketdə qeyd edə biləcək.
Sürücü sizin promo kodunuzu istifadə etməklə xidmətdə qeydiyyatdan keçsə və tələb olunan şərtləri yerinə yetirsə, siz şəxsi hesabınıza mükafat alacaqsınız.
Uşaq oturacağı
7 yaşa qədər uşaqları onların yaşına və çəkisinə uyğun olan saxlayıcı qurğuda aparmaq olar:
- 9 aydan 4 yaşınadək uşaqlar üçün - daxili təhlükəsizlik kəmərləri olan avtokreslo,
- 3 yaşdan 12 yaşadək uşaqlar üçün - özünün təhlükəsizlik kəmərləri olmayan avtokreslo.
Busteri boyu 135 sm-dən yuxarı olan uşaqlar üçün istifadə etmək olar.
Yaşı 7-dən çox olan uşaqların daşınmasına qabaq oturacaqda uşaq saxlayan sistemindən və yaxud təhlükəsizlik kəmərindən və arxa oturacaqda xüsusi adapterdən istifadə etməklə icazə verilir.
Sifarişləri istəyərkən əlavə ödəniş ikonkalarını diqqətlə yoxlayın. Əgər uşaqlar üçün saxlayan qurğ yoxdursa, "7 yaşadək uşaqlarla" ikonkalı sifarişi istəməyin. Avtokreslo quraşdırılıbsa, amma müştəri uşağı ona oturtmaq istəmirsə, sifarişdən imtina edin, uşağı riskə atmayın.
Avtotəyinat filtri
Növbədə olan zaman avtotəyinat filtrini qurmaq mümkündür. O, sifarişləri seçilmiş ərazilərə almağa imkan verəcək.
Filtrin aktivasiyası üçün "Sifarişlər"ə keçin, "Zonalar" siyahısını tapın və basın. Filtri aktivləşdirin və lazım olan zonaları seçin. Dəyişiklikləri yadda saxlayın.
Avtomobil üzərində reklam
Üzərində xidmətin reklamı olan avtomobillərin sürücüləri daha az komissiya ödəyir və prioritet qazanmış olurlar - sifarişləri birincilər sırasında alırlar.
Avtomobilin üzərinə yapışdırmanın bütövlüklə vurulması bütün sifarişlərə prioritet və ən aşağı komissiyanı qazandırır. Yapışdırmalar qapılara, arxa şüşəyə və kapotun üzərinə vurulur. Üzərində pas, şpaklyovka, digər rəngli elementləri olmayan avtomobil istifadə oluna bilər. Reklam yüksək keyfiyyətli plyonkadan istifadə edilməklə hazırlanır və avtomobilin lak örtüyünü zədələmir.
Ancaq arxa şüşədəki yapışdırmanın sayəsində aşağı komissiya ödənilir. Bunun üçün yaxşı vəziyyətdə, kuzovu zədəli olmayan avtomobil istifadə olun bilər.
Yapışdırmanın sifariş olunmasına dair sorğunu şəxsi kabinetdə "Avtomobil üzərində reklam" bölməsində göndərmək olar. Sərnişinlər üzərində reklam olan avtomobillərə daha böyük inamla oturur və bu cür avtomobillər digərləri arasında daim seçilirlər.
Əgər hansısa səbəbdən, məsələn avtomobilinizi satdıqda, reklamı avtomobilin üzərindən sökmək istəsəniz, ofisin əməkdaşlarını məlumatlandırın ki, onlar bunu necə düzgün etməyi izah etsinlər. Yapışdırmaların müəyyən edilmiş müddətdən tez sökülməsi cərimələnmənizə səbəb ola bilər.
Prioritetin verilməsi şərtləri və komissiya məbləği bölgədən asılı olaraq fərqlənə bilər.
Prioritet
Sistem ilk növbədə prioriteti olan sürücülərin sifarişləri üzrə sorğulara baxır.
Prioritet kobud qayda pozuntularına yol verməyən və avtomobilin üzərində avtomobil üzərində reklamı yerləşdirən sürücülərə verilir. Yapışdırmanın sifariş olunmasına dair sorğunu şəxsi kabinetdə "Avtomobil üzərində reklam" bölməsində göndərmək olar.
Üstünlükləri yapışdırmanı vurmadan qiymətləndirmək olar. Bunun üçün test prioriteti almaq lazımdır. O, bir dəfə verilir və 7 gün ərzində qüvvədə olur. Taxsee Driver-də mesaj yazın: Dəstək → Əks əlaqə → Administrasiya üçün mesaj.
Prioritet ancaq onu verən xidmətin sifarişlərinə şamil olunur. Prioritetin verilməsi şərtləri bölgədən asılı olaraq fərqlənə bilər.
Komissiya
Hər xidmət komissiya məbləğini özü müəyyən edir. Məsələn, "Maxim"də və "Poyexali"də faiz sifariş qəbul edildiyi üsuldan asılıdır. ilkin və ya avtomatik - ən aşağı təyin edilib. * təklif vasitəsi ilə, zəncir üzrə, *siyahıdan sorğu üzrə alınan sifarişə görə faiz biraz daha yüksəkdir.
Üzərində xidmətin reklamı olan avtomobillərin sürücüləri sifarişi aldıqları üsuldan asılı olmayaraq bütün sifarişlərə görə minimal faiz ödəyir. Ətraflı məlumat "Avtomobilin üzərində reklam" bölməsində.
Komissiya hesabdan avtomatik silinir. Faizi sifarişin qiymətinə basmaqla öyrənmək olar.
Bu şərtlər şəhərlərin əksəriyyətində mövcuddur, lakin bölgədən asılı olaraq fərqlənə bilərlər.
Gəlir və komissiya haqqında ətraflı məlumat şəxsi kabinetin "Statistika" bölməsində.
Çatlar
Bu əlavə vərəqdə çatlar və "Elanlar" bölməsi yerləşir.
"Elanlar"da administrasiya aksiyalar, dəyişikliklər və işində yeniliklər barədə vacib məlumatı dərc edir. Administrasiya ilə əlaqə saxlamaq - sual vermək, yardım almaq - onlayn, ofisə gəlmədən mümkündür.
Sürücü çatları 3 kanala bölünür:
- "Ümumi söhbətlər" ünsiyyət üçün nəzərdə tutulub;
- "Yol vəziyyəti" - tıxaclar, qəzalar, hərəkət marşrutları barədə məlumat üçün;
- "Bazar" - nəyinsə alğı-satqısının elanı üçün. Bölmədə alkoqol və narkotik maddələr haqqında məlumatları yerləşdirmək qadağandır.
Müştəri və operatorla çatlardan istifadə etmə imkanı yalnız sifariş yerinə yetirilən zaman mümkündür.
Çatlarda bu qadağandır:
- təhqiredici, o cümlədən gizli nalayiq mənası olan sözlərdən istifadə etmək;
- malları, xidmətləri və kənar taksi xidmətlərini reklam etmək;
- təxribat törətmək, taksi sifarişi xidmətinə qarşı etiraz aksiyalarına səsləndirmək;
- qiymətləri, ofisin və ümumillikdə taksi sifarişi xidmətinin işini müzakirə və tənqid etmək.
Qaydaların pozulması daxil olma imkanının məhdulaşdırılmasına gətirib çıxara bilər. Çatlardan düzgün qaydada istifadə edin, məlumatı yalnız uyğun olan bölmələrə yazın. Nəzakətli olun, digər iştirakçıları təhqir etməyin.
Klininq
Təmizləmə işlərini yerinə yetirmək üçün şəxsiyyəti təsdiq edən sənədi, təmiz ayaqqabını və təmizləmə inventarını özünüzlə götürün.
İşi keyfiyyətlə görməyə kömək edən məsləhətlər
-
İnventar təmiz olmalıdır. Artıq müxtəlif səthlərdə sınaqdan keçmiş təmizləyici vasitələrdən istifadə edin, əks halda əşyaları korlaya bilərsiniz.
-
Səth tipinə və gördüyünüz iş növünə uyğun olan salfetdən istifadə edin. Əla seçim kimi mikrofibra tövsiyə olunur.
-
Respiratoru və ya maskanı, rezin və pambıq parça əlcək taxın. Bu, dərinizi və tənəffüs orqanlarınızı məişət kimyasının təsirindən qoruyacaq.
-
Təmizləmə işlərinə başlamazdan öncə çirkli paltarı yuyulmağa, qab-qacağı suya qoyun, köhnə ləkələrin üzərinə yuyucu vasitələr tökün, tozlu xalçaları hamam otağına qoyun və yuyucu toz qatıb üzərinə su tökün. Bu, vaxta qənaət etməyə kömək edəcək.
-
Xalçanın təmizlənməsi üçün salfetdən və süngərdən deyil, tozsorandan istifadə edin. Yaxşı olar ki, xalçanı bayırda çırpasınız və təmizləmə işlərini yekunlaşdırdıqdan sonra sərəsiniz. Təmizləmə işləri bitdikdən sonra onu sərin.
-
Səliqə-səhman yaradın, əşyaları yerbəyer edin, zibili atın.
-
Səthləri ilk öncə nəm, sonra isə quru salfet ilə silin.
-
Yuxarıdan silməyə başlayın: tavanı, plafonları, lüstranı. Sonra tumbanı, dolabları, masanı silin. Döşəməni axırıncı növbədə yumağı tövsiyə edirik.
-
Hamam otağını digər otaqlar təmizləndikdən sonra təmizləyin.
Xarici görünüşünüzü səliqəli saxlamağı, mədəni və nəzakətli danışmağı, lazım olmadan söhbət açmamağı tövsiyə edirik. Münaqişəli vəziyyətdə təmkinli qalmağa, kompromiss tapmağa çalışın. Etik normalara riayət edin.
Təmizləmə işlərini görən zaman bunları etmək olmaz:
-
sifarişə başqa icraçını göndərmək;
-
sifarişə kənar şəxslərlə birlikdə gəlmək;
-
sifarişə alkoqol və ya narkotik maddələrin qəbulu nəticəsində sərxoş vəziyyətdə gəlmək;
-
sifarişi mobil tətbiqdə ləğv etmək və onu faktiki olaraq yerinə yetirmək. Bu cür hərəkətləri izləmək asandır, aldatmağa cəhd edən icraçılarla əməkdaşlıq dayandırılır;
-
digər müştərilər barədə danışmaq, ünvan və soyadlarını qeyd etmək;
-
şkaf və dolabçaları müştərinin icazəsi olmadan açmaq;
-
şəxsi əşyaları götürmək, müştərinin icazəsi olmadan interyer əşyalarının yerini dəyişmək;
-
iş yerini üzrlü səbəb olmadan və müştərini xəbərdar etmədən tərk etmək.
İş yerinə yetirildikdən sonra müştəri onu qiymətləndirə bilər. Yaxşı qiymət xeyli dərəcədə sizin gülərüz olmağınızdan və təmizləmə işlərini lazımi şəkildə yerinə yetirdiyinizdən asılıdır.
Əgər sifarişə gəlmisinizsə, müştəri ilə isə əlaqə yaratmaq mümkün olmursa, nə etmək lazımdır
5 dəqiqə gözləyin. Bu zaman müştəriyə zəng etməyə çalışın. Zənglərin tövsiyə olunan sayı - ən azı 4 dəfə. Əgər yenədə cavab verən yoxdursa, menyuda "Hərəkətlər" → "Sifarişi ləğv etmək" → "Müştəri sifarişi ləğv etdi" seçin. Şərhdə "Müştəri ilə əlaqə yaratmaq mümkün olmadı" yazın.
Ev işləri üzrə usta
Müştəri bunları sifariş edə bilər:
-
elektrik xidmətləri: rozetkanın, elektrik açarın, çırağın quraşdırılması, elektrik şəbəkəsinin nasazlığını tapmaq və aradan qaldırmaq.
-
santexnik xidmətləri: su qarışdırıcısının, mətbəx üçün moykanın dəyişilməsi, kanalizasiya tutulmasının açılması, qovuşuq yerlərin germetikləşdirilməsi.
-
təmirlə bağlı kömək: güzgünü, rəsm əsərini, pərdə üçün karnizi, televizoru, dolabları, rəfləri asmaq.
Sifarişə dair şərhləri diqqətlə oxuyun. Hərdən xüsusi biliklərə ehtiyac yaranır. Məsələn, elektrik və santexnik sistemləri təmir etmək və tənzimləmək lazım olanda.
Bunları özünüzlə götürün:
-
şəxsiyyəti təsdiq edən sənəd;
-
xüsusi geyimi, əgər varsa;
-
dəyişmək üçün ayaqqabını;
-
alətlər.
İşi keyfiyyətlə görməyə kömək edən məsləhətlər
-
Problemi aşkarlayın, işlərin həcmini qiymətləndirin və iş planını tərtib edin.
-
Suyun gəlişini və ya elektriki kəsmək lazımdırsa, müştərini bu barədə məlumatlandırın.
-
Təhlükəsizlik texnikasına riayət edin.
-
İşi səliqəli görün. Müştərinin əmlakını qoruyun.
-
İşi bitirəndən sonra yığılan zibili atın.
Xarici görünüşünüzü səliqəli saxlamağı, mədəni və nəzakətli danışmağı, lazım olmadan söhbət açmamağı tövsiyə edirik. Münaqişəli vəziyyətdə təmkinli qalmağa, kompromiss tapmağa çalışın. Etik normalara riayət edin.
Sifariş yerinə yetirilən zaman bunları etmək olmaz:
-
sifarişə başqa icraçını göndərmək;
-
sifarişə kənar şəxslərlə birlikdə gəlmək;
-
sifarişə alkoqol və ya narkotik maddələrin qəbulu nəticəsində sərxoş vəziyyətdə gəlmək;
-
sifarişi mobil tətbiqdə ləğv etmək və onu faktiki olaraq yerinə yetirmək. Bu cür hərəkətləri izləmək asandır, aldatmağa cəhd edən icraçılarla əməkdaşlıq dayandırılır;
-
digər müştərilər barədə danışmaq, ünvan və soyadlarını qeyd etmək;
-
şkaf və dolabçaları müştərinin icazəsi olmadan açmaq;
-
şəxsi əşyaları götürmək, müştərinin icazəsi olmadan interyer əşyalarının yerini dəyişmək;
-
iş yerini üzrlü səbəb olmadan və müştərini xəbərdar etmədən tərk etmək.
Sifariş bitdikdən sonra müştəri işinizi qiymətləndirə bilər. Yaxşı qiymət xeyli dərəcədə sizin nəzakətli olmağınızdan və sifarişi nə dərəcədə yaxşı yerinə yetirdiyinizdən asılıdır.
Birinci saat tam şəkildə ödənilir, sonra - dəqiqə hesabı tarifi üzrə. Sifariş bitdikdən sonra müştərinin ödədiyi məbləği tam olaraq qeyd edin.
Komissiya barədə məlumatı "Komissiya" bölməsində baxın.
Çatdırılma
Çatdırılmada 2 tarif mövcuddur: "Alıb gətirəcəyik" və "Kuryer". Bəzi ölkələrdə tariflərin adları fərqli ola bilər.
"Alıb gətirəcəyik"
Məhsulları, dərmanları və ya digər malları alıb çatdırmaq lazımdır.
Xidmətin qiymətinə mağazaya getmə və qapıyadək çatdırılma daxildir.
Sifarişi keyfiyyətlə yerinə yetirməyə kömək edən məsləhətlər:
-
Malları yalnız sınanılmış yerlərdən alın. Metroda, ticarət mərkəzinin zalında və ya küçədə heç nə almayın.
-
Əgər mağazanın ünvanı qeyd olunmayıbsa, ən yaxında olanı seçin.
-
Lazımi mal yoxdursa, müştəri ilə əlaqə saxlayın və onun yerinə başqasının alınmasını müzakirə edin.
-
Qəbzi mütləq götürün. Onun üzərində olan tarix satış tarixi ilə üst-üstə düşməlidir.
"Kuryer"
Sənədlərin, bağlamaların və ya malların daşınması. Bağlamanı göndərən şəxsdən götürüb alana çatdırmaq lazımdır.
Müştərinin ünvanına gəlməzdən əvvəl müştəridən bağlamanın ölçüləri və çəkisi haqqında məlumatı dəqiqləşdirin. Əgər bağlama avtomobilinizin yük yerinə və ya salonuna yerləşmirsə, müştəriyə imtinanın səbəbini izah edin və bu səbəblə sifarişi ləğv edin: "Sifariş düzgün rəsmiləşdirilməyib".
Müştərinin ünvanına yaxınlaşdıqda ona zəng edin və çatdığınızı bildirin.
Əgər "Qapıdan qapıya" əlavə ödəniş qeyd olunubsa, göndərən şəxsin ünvanına gedin, bağlamanı götürün və onu alan şəxsin mənzilinə və ya ofisinə çatdırın.
Sifarişi keyfiyyətlə yerinə yetirməyə kömək edən məsləhətlər:
-
Qablaşdırmanı yoxlayın. Əgər o, cırılıbsa, açılıbsa, əzilibsə, bağlamanın şəklini göndərənin yanında çəkin.
-
Əgər bağlamanı mağazadan almırsınızsa, onun içində olanı göstərməyi xahiş edin. O, sifarişdəki şəhrlərə uyğun olmalıdır.
-
Sifarişin yerinə yetirilməsi üçün özünüzlə şəxsiyyəti təsdiq edən sənədi götürün.
-
Əgər müştərinin ünvanına getməkdə çətinlik çəkirsinizsə, görüş üçün ayrıca yer təyin edin.
-
Səliqəli geyinməyi, nəzakət və hörmətlə danışmağı, lazım olmayan söhbətlər etməməyi tövsiyə edirik. Münaqişəli vəziyyətdə təmkinli olun, kompromiss tapmağa çalışın. Müştəri kompensasiya tələb edirsə, bu barədə məlumatı administrasiyaya ötürəcəyinizi bildirin və "Əks əlaqə"yə yazın. Etik normalara riayət edin.
Olmaz:
-
sifarişə başqa icraçını göndərmək;
-
sifarişə alkoqol və ya narkotik maddələrin qəbulu nəticəsində sərxoş vəziyyətdə gəlmək;
-
sifarişi mobil tətbiqdə ləğv etmək və onu faktiki olaraq yerinə yetirmək. Bu cür hərəkətləri izləmək asandır, aldatmağa cəhd edən icraçılarla əməkdaşlıq dayandırılır;
-
digər müştərilər barədə danışmaq, ünvan və soyadlarını qeyd etmək;
-
müştərinin icazəsi olmadan qablaşdırmanı açmaq;
-
xidmətin göstərildiyi ölkənin ərazisində qadağan olunmuş pulları, zinət əşyalarını, heyvanları, silahı, narkotikləri, partlayıcı maddələri və digər əşyaları.
Sifariş bitdikdən sonra müştəri işinizi qiymətləndirə bilər. Yaxşı qiymət xeyli dərəcədə sizin nəzakətli olmağınızdan və sifarişi nə dərəcədə yaxşı yerinə yetirdiyinizdən asılıdır.
Müştəri ilə əlaqə yaratmaq mümkün deyilsə, nə etmək lazımdır
5 dəqiqə gözləyin. Bu zaman müştəriyə zəng etməyə cəhd edin. Ən azı iki dəfə zəng etməyi tövsiyə edirik.
Əgər alan şəxslə əlaqə saxlamaq mümkün olmursa, göndərənə zəng edin və bağlama ilə nə etmək barədə soruşun. Ola bilsin ki, bağlamanı qaytarmaq və ya əks əlaqə yarananadək özünüzdə saxlamaq lazım olacaq.
Əgər zənglərinizə cavab yoxdursa, sifariş etmək üçün "Hərəkətlər" → "Sifarişi ləğv etmək" → "Müştəri sifarişi ləğv etdi". Şərhdə bunu yazın: "Müştəri ilə əlaqə yaratmaq mümkün olmadı".