Taxsee Driver mobil tətbiqinin istifadəsi zamanı məxfilik siyasəti
Bu siyasət Taxsee Driver mobil əlavəsinin istifadəçilərinin avtomatlaşdırma vasitələri istifadə olunmaqla Internet vasitəsi ilə fərdi və digər fərdi məlumatlarının toplanılması və işlənilməsi qaydasını tənzimləyir. Bu siyasət http://taximaxim.com/az/az/driver və ya https://taximaxim.com/driver ünvanlarında İnternet şəbəkəsində yerləşdirilən sub-lisenziya sazişinin ayrılmaz hissəsidir, və onunla eyni bir vaxtda qüvvədə olur.
Ümumi müddəalar
1. Bu siyasət çərçivəsində aşağıdakı terminlərdən istifadə olunur:
1.1. Fərdi məlumatlar — müəyyən və ya müəyyənləşdirilən fiziki şəxsə (fərdi məlumatların subyektinə) birbaşa və ya dolayısı ilə aid olan istənilən məlumat.
1.2. Mobil əlavə —Taxsee Driver elektron hesablama maşınları üçün iOS, Android əməliyyat sistemləri üzərində İstifadəçinin cihazına quraşdırılan və İstifadəçinin məlumatlar toplusuna daxil olmaq imkanını avtomatlaşdırmağa imkan verən proqram.
1.3. Sayt — elektron hesablama maşınları üçün proqramların və, ona daxil olmaq imkanını, saytları İnternet şəbəkəsində eyniləşdirmək imkanını verən domen adları və (və ya) şəbəkə adları üzrə İnternet şəbəkəsində təmin edən, informasiya sistemində saxlanılan digər məlumatların, məcmusu. Hüquq sahibinin saytının İnternet şəbəkəsindəki ünvanları: http://taximaxim.com/az/az/driver və ya https://taximaxim.com/driver.
1.4. Hüquq sahibi — saytı istifadə etmək hüququna və mobil əlavəni istifadə etmək və yaymaq hüququna malik olan və İstifadəçilərin fərdi məlumatlarının işlənilməsini həyata keçirən şəxs.
1.5. İstifadəçi — mobil əlavənin sadə (qeyr-müstəsna) lisenziya şərtləri əsasında istifadə edilməsini həyata keçirən və Hüquq sahibinə öz fərdi məlumatlarını təqdim edən şəxs.
1.6. Sifarişçi — Hüquq sahibini sərnişin daşınması, malların (yüklərin) çatdırılması, yükləmə-boşaltma işlərinin aparılması üzrə xidmətlərin (bundan sonra - nəqliyyat xidmətləri) onun üçün göstərilməsinə olan tələbat barədə məlumatlandıran şəxs.
1.7. Fərdi məlumatların işlənilməsi — avtomatlaşdırma vasitələrinin istifadəsi ilə və ya belə vasitələrdən istifadə etmədən, fərdi məlumatlarla edilən, o cümlədən fərdi məlumatların toplanılması, sistemləşdirilməsi, yazılması, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə olunması, ötürülməsi (yayılması, təqdim edilməsi, əldə olunması), adsızlaşdırılması, bloka salınması, silinməsi, məhv edilməsi daxil olmaqla, istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu.
1.8. Fərdi məlumatların avtomatlaşdırılmış işlənilməsi — fərdi məlumatların hesablama texnikası vasitələrinin köməyi ilə işlənilməsi.
1.9. Fərdi məlumatların verilməsi— müəyyən şəxsə və ya müəyyən şəxslər dairəsinə fərdi məlumatların açıqlanmasına yönələn hərəkətlər.
1.10. Fərdi məlumatların bloka salınması — fərdi məlumatların işlənilməsinin müvəqqəti dayandırılması (işlənilmə fərdi məlumatların dəqiqləşdirilməsi üçün lazım hallar istisna olmaqla).
1.11. Fərdi məlumatların məhv edilməsi — fərdi məlumatların informasiya sistemində fərdi məlumatların məzmunu bərpa etmək imkanını mümkünsüz edən və (və ya) fərdi məlumatların daşıyıcılarının məhv olunması ilə nəticələnən hərəkətlər.
1.12. Fərdi məlumatların informasiya sistemi — məlumatlar toplusunda saxlanılan fərdi məlumatların və onların işlənilməsini təmin edən informasiya texnologiyaların və texniki vasitələrin məcmusu.
1.13. Cookie faylları — sayt tərəfindən göndərilən və İstifadəçinin daxil olduğu kompüterdə, mobil telefonda və ya digər qurğuda saxlanılan və İstifadəçinin saytdakı hərəkətləri barədə məlumatların yadda saxlanılması üçün tədbiq edilən məlumatlar fraqmentləri.
1.14. Cihazın identifikatoru — İstifadəçinin mobil əlavəni quraşdırdığı cihazı eyniləşdirmək imkanını verən və cihazın özü tərəfindən təqdim edilən və ya mobil əlavə ilə hesablanan unikal məlumatlar.
2. İstifadəçi tərəfindən öz cihazına mobil əlavənin quraşdırılması və ya mobil əlavədən istənilən digər üsulla, və həmçinin saytdan istifadə etməsi İstifadəçinin bu siyasətin şərtləri ilə razı olması, o cümlədən Hüquq sahibi tərəfindən İstifadəçinin fərdi məlumatlarının işlənilməsinə, qüvvədə olan qanunvericiliyin müddəaları ilə bu cür razılıq tələb olunduqda, İstifadəçinin razı olması deməkdir.
Fərdi məlumatlar
3. Fərdi məlumatlar işlənilərkən İstifadəçinin hüquqları:
3.1. Onun fərdi məlumatlarının işlənilməsinə aid olan məlumatı almaq, o cümlədən:
3.1.1. Fərdi məlumatlarının işlənilməsi faktının təsdiq edilməsi;
3.1.2. Fərdi məlumatlarının işlənilməsinin hüquqi əsasları və məqsədləri;
3.1.3. Fərdi məlumatlarının işlənilməsində tədbiq edilən üsullar və məqsədlər;
3.1.4. Fərdi məlumatlarının işlənilməsini həyata keçirən şəxsin adı və olduğu yer barədə məlumatlar, fərdi məlumatları istifadə edə bilən şəxslər barədə (Hüquq sahibinin işçiləri istisna olmaqla) və ya Hüquq sahibi ilə müqavilə əsasında və ya qüvvədə olan qanunvericilik əsasında onlara fərdi məlumatlar açıqlana bilən şəxslər barədə məlumatlar;
3.1.5. Müvafiq fərdi məlumatlar subyektinə aid olan işlənilən fərdi məlumatlar, onların alınma mənbəyi, əgər qüvvədə olan qanunvericiliklə bu cür məlumatların təqdim edilməsinə dair başqa qayda nəzərdə tutulmayıbsa;
3.1.6. Fərdi məlumatların işlənilməsi, o cümlədən oların saxlanılması müddətləri;
3.1.7. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan hüquqların İstifadəçi tərəfindən həyata keçirilməsi;
3.1.8. Məlumatların həyata keçirilən və ya ehtimal edilən transsərhəd ötürülməsi barədə məlumat;
3.1.9. Hüquq sahibinin tapşırığı əsasında fərdi məlumatların işlənilməsini həyata keçirən şəxsin adını və ya soyadını, adını, atasının adını və ünvanını, əgər işlənilmə bu cür şəxsə tapşırılıbsa və ya tapşırılacaqsa;
3.1.10. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.
3.2. Əgər fərdi məlumatlar natamam, köhnəlmiş, qeyri-dəqiq, qanunsuz əldə edilmiş və ya işlənilmənin elan edilmiş məqsədləri üçün lazımi deyillərsə, Hüquq sahibindən onun fərdi məlumatlarının dəqiqləşdirilməsini, bloka salınmasını və ya ləğv edilməsini tələb etmək, və həmçinin öz hüquqlarını qorumaq üçün qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək.
3.3. Əgər İstifadəçi hesab edir ki, onun fərdi məlumatların işlənilməsi Hüquq sahibi tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilir və ya onun hüquq və azadlıqları digər yolla pozulursa, Hüquq sahibinin hərəkət və hərəkətsizliyindən fərdi məlumatlar subyektlərinin hüquqlarını qoruyan səlahiyyətli orqana və ya məhkəmə qaydasında şikayət vermək.
3.4. Öz hüquq və qanuni azadlıqlarını, o cümlədən zərərin əvəzinin ödənilməsi və mənəzi zərərin ödənilməsi hüquqlarını məhkəmə qaydasında müdafiə etmək.
4. Fərdi məlumatlar işlənilərkən Hüquq sahibinin öhdəlikləri:
4.1. İstifadəçinin xahişi ilə ona aşağıdakı məlumatı təqdim etmək:
4.1.1. Fərdi məlumatlarının işlənilməsi faktının təsdiq edilməsi;
4.1.2. Fərdi məlumatlarının işlənilməsinin hüquqi əsasları və məqsədləri;
4.1.3. Fərdi məlumatlarının işlənilməsində tədbiq edilən üsullar və məqsədlər;
4.1.4. Öz adını və olduğu yer barədə məlumatları, fərdi məlumatları istifadə edə bilən şəxslər barədə (Hüquq sahibinin işçiləri istisna olmaqla) və ya Hüquq sahibi ilə müqavilə əsasında və ya qüvvədə olan qanunvericilik əsasında onlara fərdi məlumatlar açıqlana bilən şəxslər barədə məlumatlar;
4.1.5. İstifadəçinin işlənilən fərdi məlumatlarını, onların əldə etmə mənbəyini, əgər qüvvədə olan qanunvericiliklə bu cür məlumatların təqdim edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa;
4.1.6. Fərdi məlumatların işlənilməsi, o cümlədən oların saxlanılması müddətləri;
4.1.7. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan hüquqların İstifadəçi tərəfindən həyata keçirilməsi;
4.1.8. Məlumatların həyata keçirilən və ya ehtimal edilən transsərhəd ötürülməsi barədə məlumat;
4.1.9. Hüquq sahibinin tapşırığı əsasında fərdi məlumatların işlənilməsini həyata keçirən şəxsin adını və ya soyadını, adını, atasının adını və ünvanını, əgər işlənilmə bu cür şəxsə tapşırılıbsa və ya tapşırılacaqsa;
4.1.10. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.
4.2. İstifadəçinin fərdi məlumatlarının icazəsiz istifadə olunmasının qarşısını almaq üçün tədbirlərin görülməsini təmin etmək.
4.3. Fərdi məlumatların işlənilməsinə münasibətdə siyasəti müəyyən edən sənədi dərc etmək və ya digər yolla ondan, və həmçinin fərdi məlumatların qorunmasına dair həyata keçirilən tələblər barədə məlumatlara, məhdudiyyətsiz istifadə etmək imkanını təmin etmək.
5. İstifadəçinin fərdi məlumatlarının toplanılması və işlənilməsinin məqsədi İstifadəçi ilə Hüquq sahibinin arasında müqavilənin (sub-lisenziya sazişinin) bağlanılmasıdır. Fərdi məlumatların toplanılması və işlənilməsi zamanı Hüquq sahibi sub-lisenziya sazişinin icra olunması məqsədlərindən başqa digər məqsədlər güdmür.
6. İstifadəçinin fərdi məlumatları elektron daşıyıcılarda saxlanılır və, fərdi məlumatların avtomatlaşdırılmış işlənilmə sistemlərindən istifadə olunmaqla, işlənilir.
7. Hüquq sahibi İstifadəçinin aşağıdakı fərdi məlumatlarını toplayır və üzərində işləyir:
7.1. Soyad, ad, atasının adı;
7.2. Doğum tarixi;
7.3. Abunə telefon nömrəsi;
7.4. Fotoşəkil;
7.5. Nəqliyyat vasitəsindən istifadə etmək hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi;
7.6. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.
7.7. İstifadəçinin fərdi məlumatları, qeydiyyatdan keçirilən andan 24 saat ərzində, Hüquq sahibi tərəfindən məhv olunur. İstifadəçi qeydiyyatdan keçdikdən sonra onun təqdim etdiyi fərdi məlumatlar saxlanılmır, sonrada istifadə olunmur, Hüquq sahibi İstifadəçinin fərdi məlumatlarını saxlamır, onların üzərində işləmir və istifadə etmir, fərdi məlumatların işlənilməsini həyata keçirən operator sayılmır.
8. İstifadəçinin fərdi məlumatlarının məhv olunması onları sonradan bərpa etmək imkanı olmadan həyata keçirilir.
9. Hüquq sahibi İstifadəçinin, fərdi məlumatlar hesab olunmayan və İstifadəçini eyniləşdirmək imkanını verməyən, aşağıdakı məlumatlarını saxlayır və istifadə edir:
9.1. Nəqliyyat vasitəsinin markası, modeli və rəngi;
9.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının rəqəmsal hissəsi;
9.3. Adı.
10. İstifadəçinin fərdi məlumatlarından yalnız Hüquq sahibinin işçilərinin istifadə etmək imkanı var. Hüquq sahibi İstifadəçinin fərdi məlumatlarını yaymır və, İstifadəçinin əvvəlcədən alınmış yazılı razılığı olmadan, onları üçüncü şəxslərə təqdim etmir. İstisna hallar: qüvvədə olan qanunvericiliyə əsasən fərdi məlumatların səlahiyyətli dövlət orqanlarının sorğularına və Sifarişçinin əmlakının avtomobilin salonunda unudulması ilə bağlı Sifarişçinin Hüquq sahibinə müraciət etməsinə əsasən fərdi məlumatların təqdim edilməsi. Sonuncu halda Hüquq sahibi Sifarişçiyə yalnız İstifadəçinin əlaqə telefonunu təqdim edir.
11. İstifadəçinin fərdi məlumatlarından icazəsiz istifadə olunmasının qarşısını almaq üçün Hüquq sahibi aşağıdakı tədbirlər görür:
11.1. Fərdi məlumatların işlənilməsinin təşkil olunmasına cavabdeh olan işçiləri təyin edir;
11.2. İstifadəçinin fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün təşkilati və texniki tədbirlər görür, yəni:
11.2.1. Fərdi məlumatlar fərdi məlumatların informasiya sistemlərində işlənilən zaman onların təhlükəsizliyinə ola bilən təhlükələri müəyyən edir;
11.2.2. Otaqlara daxil olma hüququna malik olmayan şəxslərin, bü cür otaqlara idarə olunmayan daxil olmaqlarının və qalmaqlarının qarşısı alan, informasiya sistemi yerləşdirilən otaqların təhlükəsizlik təmin edilməsi rejimini təşkil edir;
11.2.3. Fərdi məlumatlar daşıyıcılarının qorunmasını təmin edir;
11.2.4. Xidməti (əmək) vəzifələrinin yerinə yetirilməsi üçün fərdi məlumatları istifadə etmək hüququna malik şəxslərin siyahısını təsdiq edir;
11.2.5. Fərdi məlumatların icazəsiz istifadə olunmasının qarşısını almaq üçün lazım olan informasiya müdafiəsi vasitələrindən istifadə edir;
11.2.6. Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üzrə görülən tədbirlərin effektivliyini qiymətləndirir;
11.2.7. Fərdi məlumatların icazəsiz istifadə olunması faktlarının aşkar olunmasını və tədbirlərin görülməsini təmin edir;
11.2.8. İcazəsiz istifadə olunma nəticəsində modifikasiya və ya məhv edilmiş fərdi məlumatları bərpa edir (əgər bü cür bərpa texniki cəhətdən mümkündürsə);
11.2.9. Fərdi məlumatların informasiya sistemində işlənilən fərdi məlumatların istifadə olunması üçün daxilolma qaydalarını müəyyən edir;
11.2.10. Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üzrə görülən tədbirlərə və fərdi məlumatların informasiya sistemlərinin müdafiə olunma səviyyəsinə nəzarət edir.
12. Əgət fərdi məlumatlar natamam, köhnəlmiş, qeyri-dəqiq, qanunsuz əldə edilmiş və ya işlənilmənin elan edilmiş məqsədləri üçün lazımi deyillərsə, İstifadəçi Hüquq sahibindən öz fərdi məlumatlarının dəqiqləşdirilməsini (aktuallaşdırılmasını), bloka salınmasını və ya məhv olunmasını tələb edə bilər, və həmçinin fərdi məlumatların işlənilməsinə öz razılığını, Hüquq sahibinə müvafiq sorğunu və (və ya) tələbi yazılı surətdə bildirişli sifarişli poçt göndərişi ilə və yaxud Hüquq sahibinin olduğu yer üzrə onu şəxsən təqdim etməklə, geri çəkə bilər. Hüquq sahibinin olduğu yerin ünvanı saytın müvafiq bölməsində göstərilib. Qeyd edilən sorğuda/tələbdə İstifadəçinin şəxsiyyətini təsdiq edən əsas sənədin nömrəsi, qeyd edilən sənədin verilmə tarixi və verən orqan haqqında məlumatlar, İstifadəçinin yaşayış ünvanı, İstifadəçinin və Hüquq sahibi ilə münasibətlərdə iştirakını təsdiq edən məlumatlar (İstifadəçinin İD-nömrəsi), və ya fərdi məlumatların işlənilməsi faktını başqa cür təsdiq edən məlumatlar, fərdi məlumatların dəqiqləşdirilməsi, bloka salınması və ya məhv olunması tələbi və ya fərdi məlumatların işlənilməsinə dair razılığın geri çəkilməsi barədə bildiriş, İstifadəçinin və ya onun nümayəndəsinin imzası. Hüquq sahibi İstifadəçinin sorğusunu/tələbini aldığı gündən 30 təqvim günü ərzində ona mahiyyəti üzrə əsaslandırılmış cavab verməlidir.
Geolokasiya məlumatları
13. Hüquq sahibi mobil əlavə vasitəsi ilə İstifadəçinin olduğu yer barədə məlumatlar (geolokasiya məlumatları) əldə edir. Geolokasiya məlumatları Hüquq sahibinə yalnız mobil əlavədən istifadə olunan zaman verilir. İstifadəçi öz mülahizəsinə görə geolokasiya məlumatlarının verilməsinə, öz mobil cihazında müvafiq ayarları dəyişməklə, qadağa qoya bilər, lakin bu mobil əlavədən istifadə etməyin mümkünsüzlüyünə gətirib çıxara bilər.
14. Sifarişçiyə nəqliyyat xidmətlərinin göstərilməsi məqsədi ilə Hüquq sahibi İstifadəçinin olduğu yer barədə məlumatları Sifarişçiyə verə bilər.
Ödəniş məlumatları
15. Lisenziya haqqını bank kartlarından istifadə edərək nağdsız şəkildə ödəmək imkanını əldə etmək üçün İstifadəçi bank kartının öz İD-nömrəsinə bağlanılmasını həyata keçirə bilər. Bank kartının bağlanılması müstəqil şəkildə, mobil əlavədə aşağıdakı məlumatları göstərməklə, həyata keçirilir:
15.1. Bank kartının nömrəsi;
15.2. Bank kartının istifadə müddəti;
15.3. Bank kartının sahibinin adı və soyadı;
15.4. Bank kartının qoruyucu kodu.
16. Bank kartlarından istifadə etməklə nağdsız ödəniş beynəlxalq ödəniş sistemlərinin qaydalarına uyğun olaraq ödənişin məxfi və təhlükəsiz həyata keçirilməsi prinsiplərinə riayət olunmaqla həyata keçirilir. İstifadəçi tərəfindən təqdim olunan məlumatların təhlükəsizliyi prosedurların ödəniş kartları sənayesi məlumatlarının təhlükəsizlik standartlarının tələblərinə uyğun olaraq təmin edilir (Payment Card Industry Data Security Standard), və, Hüquq sahibi daxil olmaqla, heç kim onları ala bilməz. Bank kartının məlumatlarının daxil edilməsi ödənişlərin nağdsız həyata keçirilməsi imkanını təmin edən bank-ekvayerin qorunan ödəniş səhifəsində həyata keçirilir.
17. Şəxsi hesabda olan pul vəsaitlərinin çıxarılmasının həyata keçirilməsi üçün İstifadəçi kredit təşkilatında açılmış hesab haqqında məlumatları və pul vəsaitlərinin köçürülməsi üçün tələb olunan məlumatları, o cümlədən İstifadəçinin fərdi məlumatlarını təqdim edir:
17.1. Kredit təşkilatının bank identifikasiya kodu;
17.2. Alanın kredit təşkilatındakı hesabının nömrəsi;
17.3. Alanın adı, soyadı, atasının adı;
17.4. Debet və ya kredit (bank) kartının nömrəsi.
18. İstifadəçi tərəfindən pul vəsaitlərinin şəxsi hesabdan çıxarılması məqsədi ilə təqdim edilən məlumatlar Hüquq sahibinə pul vəsaitlərinin İstifadəçinin bank hesabına köçürülməsi əməliyyatlarından başqa heç bir əməliyyatları həyata keçirməyə imkan vermir.
Cookie faylları
19. Hüquq sahibi aşağıda göstərilən tipli cookie fayllarından istifadə edə bilər:
19.1. Ciddi zəruri cookie-lər. Saytda yer dəyişmə və tələb edilən xidmətlərdən istifadə etmək üçün lazımdır. Bu tipli cookie faylları istifadəçi qeydiyyatdan keçərkən və sistemə daxil olarkən tədbiq olunur. Onlarsız istifadəçi tərəfindən tələb edilən xidmətlərdən istifadə etmək mümkün deyil. Bu cookie faylları əsas sayılır və həm daimi, həm də müvəqqəti sayılır. Başqa sözlə, bu cookie fayllarsız bizim saytlar lazımi qaydada işləmir.
19.2. İstismar cookie-ləri. Onlar saytdan istifadə olunma barədə məlumatlar toplayır. Bu fayllar konkret istifadəçinin şəxsi məlumatlarını almır. Bu cookie faylları ilə yığılmış bütün məlumatlar statistik xarakter daşıyır və anonimdir. Bu cookie-lərin istifadəsi məqsədləri:
19.2.1. Saytlardan istifadə statistikasının alınması;
19.2.2. Reklam kampaniyalarının səmərəliliyinin qiymətləndirilməsi.
Bu cookie faylları daimi və müvəqqəti olur, bə həm əsas, həm də kənar cookie-lərə aid ola bilər.
19.3. Funksional cookie-lər. Onlar istifadəçi tərəfindən təqdim edilən məlumatın (məsələn, ad, dil və yaşayış ölkəsi) yadda saxlanılması üçün istifadə olunur. Bu fayllar şəxsiyyətsizləşdirilən məlumatdan istifadə edir və İstifadəçinin digər saytlardakı hərəkətlərini izləmir. Bu cookie-lərin istifadəsi məqsədləri:
19.3.1. Əvvəl İstifadəçiyə hansısa xidmətin göstərilib-göstərilməməsi barədə məlumatların yadda saxlanılması;
19.3.2. İstifadəçi tərəfindən seçilmiş üstünlüklərin yadda saxlanılması yolu ilə saytla ümumilikdə qarşılıqlı fəaliyyətin keyfiyyətinin artırılması.
Bu cookie faylları daimi və müvəqqəti olur, bə həm əsas, həm də kənar cookie-lərə aid ola bilər.
19.4. Relam cookie-ləri. Onlar saytdakı reklam materialların idarə edilməsi, istifadəçi tərəfindən reklam materiallarının baxılmalarının sayını məhdudlaşdırması, və həmçinin reklam kampaniyalarının səmərəliliyinin qiymətləndirilməsi üçün tədbiq olunur. Relam cookie-ləri üçüncü şəxslər tərəfindən yerləşdirilir— məsələn, reklam verənlər və onların agentləri tərəfindən. Bu fayllar kənar şirkətlər tərəfindən təqdim edilən saytdakı reklam ilə bağlıdır. Onlar həm daimi həm də və müvəqqəti ola bilər.
20. Cookie fayllarını bloka salmaq və ya silmək, və həmçinin onların işinin məhdudlaşdırılmaq İstifadəçi tərəfindən istifadə olunan brauzerin ayarlarında mümkündür.
İstifadəçinin cihazı haqqında məlumatlar
21. Hüquq sahibi mobil əlavə vasitəsi ilə İstifadəçinin cihazı, onda quraşdırılmış mobil əlavələr və internet qoşulması haqqında məlumatlar əldə edir. Qeyd edilən kateqoriyaya cihazın modeli, əməliyyat sistemi, brauzer məlumatları, İP-ünvan, cihaz identifikatorları haqqında məlumatlar aiddir.
22. İstifadəçinin cihazı haqqında toplanılan məlumatlar İstifadəçinin fərdi məlumatlarını ehtiva etmir.
23. İstifadəçinin cihazı haqqında məlumatların toplanılmasının məqsədi mobil əlavən istifadəçilərinin daxili uçotu, və həmçinin onun işinin təkmilləşdirilməsidir.
Mobil rabitə operatoru haqqında məlumatlar
24. Hüquq sahibi mobil əlavə vasitəsi ilə, İstifadəçiyə hərəkətli telefon rabitə (mobil rabitə) xidmətlərini göstərən operator barəsində məlumatlar əldə edir.
25. Mobil rabitə operatoru haqqında toplanılan məlumatlar İstifadəçinin fərdi məlumatlarını ehtiva etmir.
26. Mobil rabitə operatoru haqqında məlumatların toplanılmasının məqsədi mobil əlavənin ayarlarında İstifadəçinin olduğu ölkə və mobil əlavənin intefeysinin dili haqqında məlumatların avtomatik quraşdırılmasıdır.
Sifarişlər tarixi
27. Hüquq sahibi İstifadəçi tərəfindən edilən sifarişlərin tarixçəsini, yəni sifarişin yerinə yetirilməsinin başlama vaxtını, avtomobilin verilmə yerinin ünvanını, aralıq və son marşrut ünvalarını, tədbiq edilən tarifi, ödəniş üsulunu və Sifarişçi tərəfindən göstərilən digər məlumatları yadda saxlayır.
28. Sifarişlər tarixi barədə məlumatın toplanılmasının məqsədi, əvvəlcə təqdim edilən məlumatlardan istifadə etməklə, sifariş parametrlərinin avtomatik doldurulması yolu ilə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır.